Moldovanın Müstəqillik Bəyannaməsi əslində dövləti Rumıniya ilə birləşdirmək üçün yaradılmışdı.
HİT.az xəbər verir ki, bu fikri “TVR Moldova” telekanalında Moldova parlamentinin eks-spikeri, liberal partiyanın rəhbəri Mixay Qimpu deyib.
"Bəyannaməni oxusanız, görə bilərsiniz ki, söhbət daha çox Rumıniya ilə birləşmədən gedir", deyə siyasətçi qeyd edib.
Qimpu xatırladıb ki, sənəddə "müstəqillik haqqında başlıq" var, amma əslində, bəyannamənin mətnində ölkənin "hara hərəkət etməli olduğunu" göstərir.
Onun sözlərinə görə, Moldovanın hazırkı hakimiyyətinin Avropa İttifaqına daxil olmaq niyyəti həm də dövlətin Rumıniya ilə birləşməsinə yönəlib.
Bundan əvvəl Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldova xalqının prezident Maya Sandu başçılığı altında hakimiyyət Rumıniya ilə birləşməyə qərar verəcəyi təqdirdə üsyan edəcəyini bildirmişdi. Qutsul Moldova rəhbərliyinin Rumıniya ilə birləşməyə qərar verəcəyi təqdirdə Qaqauziyanın yardım üçün Rusiya Federasiyasına müraciət edəcəyini də bəyan edib.
Samir