NATO-nun baş katibi yeni Minsk razılaşmaları ideyasını rədd etdi

DÜNYA
16:07 / 05.07.2024
265

"Yeni Minsk razılaşmaları (“Minsk-3”) Ukraynaya yaraşmayacaq və Kiyevin təhlükəsizlik təminatı lazımdır".

HİT.az xxəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"NATO Minsk-3-ü istəmir. NATO Rusiyanın təcavüzünə son qoyulmasını istəyir ki, ukraynalılar onu saxlaya bilsinlər", deyə Stoltenberq bildirib.

İlk Minsk razılaşması 2014-cü il sentyabrın 5-də Minskdə imzalanıb. O, Donetsk və Luqansk vilayətlərində atəşkəs əldə etməyi nəzərdə tuturdu. Sənədi Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin imzalayıblar.

“Minsk-2” 2015-ci il fevralın 11-12-də Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin Minskdə keçirilən sammitində razılaşdırılıb və imzalanıb. Onun məqsədi həm də Ukraynanın şərqindəki silahlı münaqişəni həll etmək olub.

2022-ci il fevralın 24-dək bu saziş münaqişənin həlli yolu hesab olunurdu. Rusiya Federasiyasının prezidenti bəyan edib ki, Minsk razılaşmaları artıq Moskva üçün sərfəli deyil, çünki Ukrayna onları pozur.

Böyük Britaniya parlament seçkilərindən danı.an Stoltenberq bildirib ki, krallıq seçkidən sonra NATO-da əsas rol oynamağa davam edəcək: "Kir Starmeri seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm və onu gələn həftə NATO sammitində salamlamağı səbirsizliklə gözləyirəm".

NATO-nun baş katibi əlavə edib ki, keçmişdə əməliyyat məsələləri ilə bağlı Starmerlə qarşılıqlı əlaqədə olub. Stoltenberq qeyd edib ki, onun NATO-nu dəstəklədiyini bilir və Böyük Britaniya Şimali Atlantika Alyansının güclü müttəfiqi olmağa davam etməsini təmin etməyə sadiqdir.

Samir

0