Politoloq: "Britaniya seçkilərdən sonra da anti-Rusiya kursunu davam etdirəcək"

DÜNYA
20:20 / 05.07.2024
283

Politoloq Yevgeni Minçenko “Vzqlyad” qəzetinə müsahibəsində Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələrini şərh edib. 

HİT.az xəbər verir ki, ekspertin fikrincə, hakimiyyətə gələn leyboristlər Yaxın Şərqdə münaqişəyə yanaşmanı dəyişə bilər, lakin Rusiya istiqamətində heç bir dəyişiklik gözləmək lazım deyil.

“Britaniyada daha çox avropapərəst, amerikapərəst, NATO-ya meylli hökumət formalaşacaq. O, ABŞ-la Toni Bleyr və Bill Klintonun bir vaxtlar olduğu kimi xüsusi tərəfdaşlıq kursunu təyin edəcək”, deyə ekspert hesab edir.

O qeyd edib ki, həm məğlub olan mühafizəkarlar, həm də leyboristlər üçün anti-Rusiya kursu üstünlük təşkil edir.

İyulun 5-də Britaniya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə Leyboristlər Partiyasının qalib gəldiyi məlum olub. O, 650 yerdən 326-nı qazanıb və yeni hökuməti formalaşdıracaq. 14 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası tarixinin ən böyük məğlubiyyətini alıb.

Həmin gün Böyük Britaniya kralı III Çarlz Bukingem sarayında baş nazir Rişi Sunakın istefasını qəbul edib.  Artıq Kir Starmer baş nazir səlahiyyətlərinin icrasına başlayıb.

Samir

0