Ərdoğan: "Qərbin siyasəti qlobal müharibəyə gətirib çıxara bilər"

DÜNYA
21:00 / 05.07.2024
328

"Bir sıra Qərb ölkələri regional münaqişələrə yanaşmaları ilə III Dünya müharibəsini təhrik edir". 

HİT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana ŞƏT sammitinə səfərdən qayıdarkən deyib.

“Bildiyiniz kimi, silah alverçilərinin bazara ehtiyacı var. Silah alverçilərinin bazarı isə Qərbdir", deyə Türkiyə bildirib.

Ərdoğan xatırladıb ki, Türkiyə uzun illərdir ardıcıl olaraq "dünya beşdən böyükdür" deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə sistemini yenidən nəzərdən keçirmək zərurətinə toxunub.

Onun sözlərinə görə, daha ədalətli dünya mümkündür və Ankara böyük müharibənin qarşısını almaq üçün bu təşəbbüsləri və konkret həll yollarını dilə gətirir.

Türkiyə başçısı qlobal sistemin yenidən nəzərdən keçirilməsinə və beynəlxalq birliyin hər bir üzvünün beynəlxalq hüquqa riayət etməsinə və terrorun tamamilə aradan qaldırılmasına çağırıb.

Samir

0