Hizbullah "ən pis ssenari"yə hazırlaşır

DÜNYA
19:36 / 05.07.2024
308

Livanın şiə hərəkatı Hizbullah sərhəd bölgələrində davam edən qarşılıqlı atəşlər fonunda İsraillə tezliklə müharibə gözləmir, lakin ən pisinə hazırlaşır. 

HİT.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Hizbullah baş katibinin müavini Naim Qasim bildirib.

O vurğulayıb ki, İsrail ordusu hər dəfə dinc əhaliyə atəş açanda Hizbullah cavab zərbələri endirir.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.

Hizbullah HƏMAS-a dəstəyini ifadə edib. İsrailə raket hücumları başladı və İsrail ordusu buna cavab olaraq Livan ərazisini vurmağa başlayıb.

Samir

0