24 yaşlı Vanda - məmurların məşuqəsi olub, məhbuslara işgəncə verib, sonda başını qoparıblar...

DÜNYA
22:52 / 06.07.2024
416

1946-cı ildə Varşavada hərbi və insanlığa qarşı cinayətdə ittiham edilənlərin məhkəməsində müttəhimlər kürsüsündə əyləşənlərdən biri də Cenni Vanda olub. Proses başlandıqdan bir neçə dəqiqə sonra Vanda hakimlərdən söz istəyib:

-Mən Vandayam, Cenni Vanda. Özümü geniş təqdim etməyə ehtiyac duymuram. Sizdən xahiş edirəm əvvəlcə mənim işimə baxasınız. Məsələni çox da uzatmağa dəyməz. Nə sizin uzun-uzadı danışıqlarınız, nə də mənim özümü müdafiə etməyim heç nəyi dəyişməyəcək. Mən edamdan qorxmuram. Hər şeyin bir sonu var, mənim gözəlliyimin sonu olduğu kimi. Mən öz gözəlliyimdən kifayət qədər istifadə etmişəm. Haqqımda çıxaracağınız hökmləri gülə-gülə qarşılayacağam. Sizə qarşı nifrətimi isə özümlə o dünyaya aparacağam...

scale_1200-2.png (195 KB)

Sözsüz ki, məhkəmə Vandanın bu istəyini həyata keçirməyib. Bir neçə ay davam edən məhkəmə 1946-cı ilin iyul ayında sona çatıb. Vanda haqqında edam hökmü çıxarılıb. Hökm Qdansk şəhəri yaxınlığındakı Biskupski təpəliyində icra edilib. Vandanı həmin məkana yük maşınında aparıblar. Onun boğazına kəndir saldıqdan sonra kəndirin digər ucu yük maşınına bağlanıb. Sürücü maşını hərəkətə gətirmək istəyəndə mühərrik sönüb. Vanda,- “bu, mənim sonuncu şansımdır”,- deyə qışqırıb. O, yenə də nə isə demək istəyib. Amma bu dəfə sürücü maşını sürətlə irəli sürərək 24 yaşlı Vandanın başını bədənindən ayırıb.

Maraqlıdır, 24 yaşı Vanda nəyə görə edam edilib və bu 24 ildə o, hansı cinayətləri törədib?

Cenni Vanda 1922-ci ildə Almaniyanın Hamburq şəhərində olduqca yoxsul bir ailədə anadan olub. Valideynləri onun tərbiyəsi və təhsili ilə maraqlanmayıblar. Yeniyetməlik illərindən tam sərbəst olan Vanda gecə klublarının daimi sakini olub, müştərilərin qarşısında rəqs etməklə, klubların ətrafındakı parklarda sərxoş kişilərin “tələbatını” 10-15 dəqiqə ərzində ayaqüstü ödəməklə pul qazanıb.

Bir müddət sonra gözəlliyi ilə seçilən Vanda özünü daha imkanlı adamların ixtiyarına verib. Ondan fotomodel kimi də istifadə ediblər. Amma o, bu işi də yarımçıq qoyub, sonralar özünün dediyi kimi, hər çəkilişdən sonra kişilərin yatağına girmək onu bezdirib.

stutthof-female-ss-guards-trial.jpeg (93 KB)

Adi bir təsadüf Vandanın həyatını bütünlükdə dəyişib. 1943-cü ilin dekabrın sonunda Vanda Hamburqda təsadüfən uşaqlıq illərinin qonşusu Berhard Klous ilə rastlaşıb. Klousun əynindəki alman zabiti forması Vanda üçün yaşıl işıq yandırıb. Gecəni bir yerdə keçirdikdən sonra Vanda ona işsiz olduğunu söyləyib. Klous ona Polşada, Stuttfoq düşərgəsində nəzarətçi işləməyi təklif edib. Belə ki, Klous həmin ərəfədə bir neçə həbs düşərgəsinin təchizat və təminat məsələlərinə cavabdehlik daşıyıb və düşərgə rəhbərləri ilə yaxın münasibətləri olub.

Bu təklif Vandanın ürəyincə olub. Təbii ki, yüksək maaş, karyera yüksəlişi, mənzil, əşya və ərzaq təminatı mövcud dövr üçün əlçatmaz imtiyazlar sayılıb.
Beləliklə, 1944-cü ilin yanvar ayında Vanda Stuttfoq düşərgəsinə nəzarətçi təyin edilib. Elə ilk gündən gənc xanım nələrə qadir olduğunu sübut edə bilib.

Qeyd edək ki, nasist Almaniyasının 1939-cu ildə Polşanın işğalından sonra Qdansk şəhəri yaxınlığında saldığı Ştuttfoq həbs düşərgəsində saxlanılanlar “xüsusi təyinatlılar” adlandırılıb. Söhbət bu düşərgədəki məhbusların hansısa xüsusi təyinatlı dəstədə xidmət etdiyindən getməyib. Bu ad onlara ona görə verilib ki, düşərgəyə gətirilənlərin üzərində xüsusi tibbi sınaqlar aparılıb və bir qismi isə insan bədənindən sabun hazırlanması üçün istifadə olunub. Bununla da “xüsusi təyinatlı” məhbuslar Stuttfoqda “xüsusi” işgəncələrə məruz qalıblar. Vandanın bu düşərgəyə gəlməsi isə çox şeyləri dəyişib.

Öz köhnə “peşə”sini həbsxanada da işə salan Vanda düşərgədə xidmət edən yüksəkçinli zabitlərin sevimli məşuqəsinə çevrilib. Bunun əvəzində isə xüsusi səlahiyyətlər qazanıb. Vəziyyət o dərəcəyə çatıb ki, Vanda digər nəzarətçilərlə rəis kimi rəftar edib. Hətta o, düşərgədə məhbuslar üzərində sınaq keçirən tibbi personalın üzərində də ağalıq edib, onlara ağıl öyrədib, yeni ideyalar verib.

Bu ideyalardan biri də o olub ki, Vanda həkimlərə qadının öz oğlundan hamilə qalması sınağını keçirməyi tapşırıb. Bu məqsədlə çoxsaylı məhbusların gözü qarşısında ana ilə oğul cinsi əlaqəyə girməyə məcbur edilib.

1620580264_oj4.jpg (62 KB)

“Mələk cildli şeytan” təxəllüsünü qazanan Vanda düşərgədəki qadın və uşaqların qəniminə çevrilib. Kişi nəzarətçilərinin nəzarəti altında soyunaraq qadın kameralarına girən Vanda məhbus qadınlarla əylənməkdən xüsusi zövq alıb. İstədiyinə nail olduqdan sonra isə onları kişi nəzarətçilərinin ixtiyarına verib.

Düşərgədə Vandanın sözündən çıxmaq ölümlə nəticələnib. 22 yaşlı cəllad qadın üçün ona qulaq asmayanlara ikinci bir cəza növü olmayıb, yalnız işgəncə verməklə öldürmək.

Vanda əyləncələri və amansız işgəncələri ilə yanaşı xidməti karyerası haqqında da düşünüb. Düşərgədə xidmətinin səkkizinci ayında o, baş nəzarətçi vəzifəsinə təyin edilib və yaxın zamanlarda zabit kurslarına getməyi də planlaşdırıb. Amma müharibənin gedişatı onun planlarını yarımçıq qoyub.

1945-ci ildə Polşa alman işğalçılarından azad olunanda Vanda hamıdan əvvəl düşərgəni tərk edərək qaçıb. Sərhədi keçə bilməyən cəllad qadın 4 ay Polşada gizlənib. Saxta sənəd düzəltməklə törətdiyi cinayətlərdən yayınmaq istəyən Vanda Qdansk vağzalında saxta sənəd düzəldən tanışı ilə görüşü zamanı hərbi patrul tərəfindən saxlanılıb və yuxarıda qeyd etdiyimiz kimi Varşava məhkəməsi onu ən ağır cəzaya, edam cəzasına məhkum edib.

Mənbə: Musavat.com
 

0