Demokratlar Ağ Ev rəhbəri Co Baydenin seçkidə iştirakdan imtina etməsini müdafiə ediblər.
HİT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr konqresmenlərin demokratlara mümkün zərərlə bağlı narahatlığını qeyd edib. Onların fikrincə, bu, partiya nümayəndələrinin parlamentdəki yerlərin çoxluğunu qazanmasına mane ola bilər.
Bundan əvvəl “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Amerika lideri sələfi Donald Trampla debatdan iki gün əvvəl çətinliklə danışa bilirmiş. Önümüzdəki həftə ABŞ-ın hazırkı prezidentinin gələcək siyasi karyerası üçün “tamamilə kritik” olacağını vəd edir.
Samir