Napoleonun tapançaları 1,69 milyon avroya satıldı

DÜNYA
12:47 / 08.07.2024
205

Fransada keçirilən hərracda naməlum alıcı iki Napoleon Bonapart tapançasını 1,69 milyon avroya alıb.

HİT.az xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.

Qeyd olunur ki, hərraca I Napoleona 1814-cü ildə ilk taxtdan əl çəkməzdən əvvəl məxsus olan zəngin bəzədilmiş tapançalar çıxarılıb.

Osenat və Rossini hərrac evləri alıcı haqqında məlumatı gizli saxlasalar da, sövdələşmənin uğurlu alındığını bildiriblər. Əvvəlcə Osenat mütəxəssisləri tapançaların qiymətini 1,2-1,5 milyon avro arasında qiymətləndiriblər.

Bundan əvvəl Fransa Mədəniyyət Nazirliyi Napoleon Bonapartın intihar etmək istədiyi kolleksiyasından olan iki tapançanı milli sərvət kimi tanıyıb və onların respublika ərazisindən çıxarılmasını qadağan edib.

Samir

0