Orbanın “sülh missiyası” nəticə verəcəkmi?

DÜNYA
19:45 / 08.07.2024
214

Macarıstanın baş naziri Viktor Orban Ukraynada hərbi əməliyyatların dondurulmasında maraqlı olan Qərb elitasının razılığı ilə “sülhməramlı missiya” həyata keçirir.

Hit.az xəbər verir ki, bu fikri Ridusla söhbətində politoloq Yevgeni Mixaylov deyib.

“Çox güman ki, Avropa və ABŞ-da ənənəvi “sülh partiyası” hələ də üstünlüyü ələ keçirir. Qərb həqiqətən də münaqişənin dondurulmasında maraqlı ola bilər, çünki o, hələ Moskva ilə tammiqyaslı qarşıdurmaya hazır deyil. Bu gün ABŞ və Avropa İttifaqında bunun üçün lazımi miqdarda müasir silah yoxdur”, deyə ekspert qeyd edib.

O xatırladıb ki, Qərb ölkələri artıq öz hərbi-sənaye kompleksini yenidən qurmağa hazırlaşır və bunun üçün onlara vaxt lazımdır.

İyulun əvvəlində Orban Kiyevə, sonra isə Moskvaya səfər edib. O, Rusiya Federasiyasına səfərini “sülh missiyası"nın davamı adlandırıb. Avropa İttifaqı Macarıstanı bu səfərə görə tənqid edib və Almaniya bu ölkədən Aİ Şurasının sədri vəzifəsindən istefa verməsini tələb edib.

Macarıstanın baş naziri bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə münaqişənin həlli ilə bağlı mövcud planlar və hərbi əməliyyatlar başa çatdıqdan sonra Avropanın təhlükəsizliyi ilə bağlı fikirlərini soruşub. Orban həmçinin Rusiya liderini qısamüddətli barışıq haqqında düşünməyə dəvət edib.

Bundan sonra Macarıstanın baş naziri Çinə gedib və orada Çin lideri Si Szinpinlə görüşüb. Orbanın növbəti dayanacağı Vaşinqtondur.

Samir

0