Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün yeni müraciətlər yoxdur.
Hit.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi Bəxtiyor Hakimov “Rossiya Seqodnya”nın mətbuat mərkəzində danışıb.
Hakimov xatırladıb ki, ŞƏT yaradılarkən yeni dövlətlərin təşkilata qoşulması üçün açıqlıq prinsipi nizamnamədə təsbit edilib. Onun sözlərinə görə, hazırda üzvlük üçün müraciət yoxdur.
“Konkret müraciətlər olduqda, biz onlara baxacağıq”, deyə Hakimov bildirib.
Bu gün ŞƏT-ə Rusiya, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir.
İyulun 5-də Türkiyənin ŞƏT-in daimi üzvü olmaq niyyətində olduğu məlum olub. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilatın Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitini ziyarət etdikdən sonra deyib.
Bundan əvvəl məlumat verilmişdi ki, ŞƏT milli valyutalarda ödənişlər üçün vahid sistemin yaradılması imkanlarını öyrənir.
Samir