ABŞ prezidenti Co Baydenin köməkçiləri onun real vəziyyətini gizlətmək və tez-tez uğursuzluqlarını nümayiş etdirməmək üçün bir ildən artıqdır ki, dövlət başçısının şəxsi təmaslarını və hərəkətlərini izləyirlər.
Hit.az xəbər verir ki, u barədə "The Wall Street Journal" yazır.
Mətndən belə məlum olur ki, Ağ Ev Baydenin cədvəlini onu gözlənilməz bəyanat və çıxışlardan qoruyacaq şəkildə tərtib edib. Dövlət başçısının müşavirləri müsahibələrin və mətbuat konfranslarının sayını məhdudlaşdırıb, həmçinin sponsorlarla görüşlərin “xoş söz mübadiləsindən yan keçməməsini” təmin etməyə çalışıblar.
ABŞ prezidentinin səfərləri də kifayət qədər enerjiyə sahib olmayacağı qorxusuna görə məhdudlaşıb. Materialda qeyd olunur ki, Co Baydenin aşkar səhvləri fonunda məsləhətçiləri onu hər şeyin qaydasında olduğuna inandırmağa davam ediblər.
WSJ yazır ki, bu baxımdan Ağ Evin bir çox əməkdaşı Baydenin Donald Trampla debatda necə çıxış etməsindən şoka düşüb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden koqnitiv qabiliyyət testi vermədiyini və buna hazır olub-olmaması sualına cavab verməkdən yayındığını və test nəticələrini amerikalılara göstərdiyini bildirmişdi.
Samir