ABŞ-da polis rəisi narkotik testdən keçməkdən imtina etdi, işdən çıxarıldı

DÜNYA
18:36 / 09.07.2024
246

ABŞ-da polis rəisi narkotik testindən keçməkdən imtina etdiyi üçün işindən qovulub.

Hit.az xəbər verir ki, bu barədə "Complex" yazır.

KİV-in məlumatına görə, insident Ohayo ştatının bir şəhərinin meri yerli polis idarəsinə baş çəkdikdən sonra baş verib. Rəsmi şəxsin sözlərinə görə, o, otaqda marixuana qoxusunu hiss edib.

Polis rəisi Harold Uebb iş masasında olmayıb və həmkarı ilə birlikdə qarajda tapılıb. Zabit cavab verib ki, fərqli qoxu polisin yerli narkotik alverçilərindən külli miqdarda maddi sübut ələ keçirməsi ilə bağlıdır.

Daha sonra Uebbin narkotik testindən keçməli olduğu bildirilib. Lakin o, buna əməl etməkdən imtina edib. Bir müddət sonra Harold tutduğu vəzifədən qovulub.

Samir

0