ABŞ seçkiləri: Amerikalılar Harissdən çox Klintona etimad göstərir

DÜNYA
22:27 / 09.07.2024
235

"ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezidentlik yarışında iştirak etsəydi, keçmiş prezident Donald Trampı məğlub edə bilərdi". 

Hit.az xəbər verir ki, bunu "Bendixen & Amandi" şirkətinin "Politico" qəzeti üçün keçirdiyi sorğunun məlumatları sübut edir.

Sorğu göstərir ki, hazırkı vitse-prezisemt Kamala Harris indi Trampdan bir faiz (42 faizə qarşı 41 faiz) üstündür. Və Baydenin şanslarından narahat olan seçicilər 2016-cı il ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klintona Harrisdən daha çox üstünlük verir.

Nəşrin qeyd etdiyi kimi, sorğu göstərib ki, 43% Klintona, 41% isə ABŞ-ın keçmiş prezidentinə səs verməyə hazır olduğunu bildirib.

Donald Tramp ABŞ prezidentliyi yarışında reytinqlərdə Co Baydeni qabaqlayaraq favorit olaraq qalır. Hazırkı dövlət başçısının ətrafındakılar onun kampaniyasını dayandırmaqdan danışarkən, Tramp qələbəsindən sonra Amerikaya ciddi dəyişikliklər vəd edir. Siyasətçinin kütləvi deportasiyalar həyata keçirəcəyi, minlərlə dövlət qulluqçusunun işdən çıxarılması, Rusiya ilə Ukrayna arasında barışıq, həmçinin NATO-dan çıxmaqla hədələnməsi gözlənilir. 

Samir

0