Rusiya Talibanı qadağan olunmuş təşkilatlar siyahısından nə vaxt çıxaracaq?

DÜNYA
21:03 / 09.07.2024
196

Taliban hərəkatının Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması prosesi uğurla davam edir. 

Hit.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

“Bütün prosedurlar tamamlandıqda siyahıdan çıxacaq”, deyə Kabulov jurnalistlərin Taliban hərəkatının Rusiya Federasiyasında qadağan olunmuş təşkilatlar siyahısından nə vaxt çıxarıla biləcəyi ilə bağlı sualını cavablandırıb.

Bundan əvvəl Kabulov bildirib ki, Rusiyada Taliban hərəkatının terror təşkilatı statusu Moskva ilə Kabil arasında münasibətlərin normal inkişafına mane olur.

Bu ilin mayında Əfqanıstan üzrə xüsusi nümayəndə Rusiyanın xarici işlər və ədliyyə nazirliklərinin Rusiya prezidenti Vladimir Putinə Talibanın qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verdiyini bildirib.

Samir

0