NATO müttəfiqləri Ukraynanı əlavə hava hücumundan müdafiə avadanlığı ilə təmin edəcək

DÜNYA
09:42 / 10.07.2024
195

NATO müttəfiqləri Ukraynanı əlavə hava hücumundan müdafiə vasitələri ilə təmin etmək qərarına gəliblər. 

HİT.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq bu qərara reaksiya verib. O qeyd edib ki, silahlar ölkəyə kömək edəcək, lakin onlar kifayət etməyəcək.

Dövlət başçısı Ronald Reyqan İnstitutunda sualları cavablandırarkən deyib ki, Rusiya təcavüzkarları müxtəlif yeni silahlardan istifadə edirlər, ona görə də irəli getmək, müxtəlif tipli hava hücumundan müdafiə ilə bağlı ciddi addımlar atmaq lazımdır.

"Əlavə "Patriot" sistemləri ilə bağlı bu qərara görə Alyans müttəfiqlərinə təşəkkür edirəm. Onlar, əlbəttə ki, kömək edəcəklər. Lakin bu kifayət deyil, heç vaxt kifayət olmayacaaq", deyə prezident Kiyevə son qanlı raket hücumunu xatırladaraq bildirib.

Qərb tərəfdaşları Ukraynaya Rusiya Federasiyasının tammiqyaslı hücumuna müqavimət göstərməkdə fəal kömək edir, o cümlədən artıq Ukraynanı səmanı düşmənin hava hədəflərindən qorumaq üçün müxtəlif vasitələrlə, xüsusən "Patriot" və İRİS-T zenit-raket kompleksləri ilə təmin edir.

İyulun 10-da məlum olub ki, NATO müttəfiqləri Ukrayna dövlətinə əlavə strateji hava hücumundan müdafiə sistemləri, o cümlədən Almaniya, ABŞ və Rumıniya tərəfindən ötürülən "Patriot" batareyaları, Niderland və digər tərəfdaşlardan bu silahların komponentləri, habelə İtaliyadan əlavə SAMP-T sistemi verəcək. Qeyd olunub ki, söhbət beş strateji hava hücumundan müdafiə sistemindən gedir.

Samir
 

0