Britaniyanın yeni baş naziri Kir Starmer krallığın ÜDM-in 2,5%-ni müdafiəyə xərcləmək niyyətində olduğunu bildirib və həmçinin gələn həftə müdafiə sektorunun strateji baxışının başlayacağını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.
Açıqlamada deyilir ki, Starmer Böyük Britaniyanın artan təhdidlərə cavab vermək üçün ÜDM-in 2,5%-ni müdafiəyə ayırmağa davam edən öhdəliyini vurğulayır.
"Baş nazir həmçinin təsdiqlədi ki, o, gələn həftə hökumətin müdafiə sektoru ilə bağlı strateji icmalına başlayacaq, müdafiə naziri Con Hili araşdırmaya nəzarət edəcək", deyə bildirilib.
Daha əvvəl xəbər verilmişdi ki, bir neçə yüksək rütbəli britaniyalı hərbi məmur Qərbin müdafiə qabiliyyətinin hazırkı vəziyyətindən narahatlığını ifadə edərək, yeni Leyborist hökumətinin Böyük Britaniyanın müdafiə xərclərinin artırılmasını ölkənin silahlı qüvvələrinin əsaslı təmirini həyata keçirənə qədər çox uzun müddətə təxirə salmaq riski ilə üzləşdiyini bildirib.
Böyük Britaniya hərbi kəşfiyyatının keçmiş polkovniki Filip İnqram xəbərdarlıq edib ki, yeni hökumət odla oynayır, çünki təhlükə artıq mövcuddur və ordunun, sursat ehtiyatlarının və Kral Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması üçün xeyli vaxt lazımdır.
Samir