Rusiya Britaniyanın yeni baş nazirinə niyə xəbərdarlıq edib?

DÜNYA
19:19 / 11.07.2024
312

Rusiya Böyük Britaniyanın yeni baş naziri Kir Starmerə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumuna icazə verilməsinin nəticələri ilə bağlı xəbərdarlıq göndərib. 

HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Qəzet xüsusilə yazır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kir Starmerə Böyük Britaniyanın Kiyevə Rusiya Federasiyasına Britaniya silahları ilə zərbə endirməsinə icazə verəcəyi təqdirdə cavab veriləcəyi barədə xəbərdarlıq edib.

"Daily Mail" xatırladır ki, müvafiq xəbərdarlıq Böyük Britaniyanın baş nazirinin Ukraynanın Londonun verdiyi silahlardan necə istifadə edəcəyinə özü qərar verməli olduğunu bildirməsindən sonra verilib.

İyulun 10-da “Financial Times” qəzeti Starmerin sədrlik etdiyi Britaniyanın yeni hökumətinin Ukraynaya Rusiya Federasiyasındakı hədəflərə Britaniya silahları ilə zərbələr endirməsinə icazə verən əvvəlki hakimiyyət orqanlarının qərarlarını ləğv etməyəcəyini yazıb. Nəşrin məlumatına görə, baş nazir bildirib ki, Ukrayna müdafiə məqsədləri üçün alınan bu silahlardan necə istifadə edəcəyinə özü qərar vermək hüququna malikdir.

Samir

0