Ərdoğan Rusiya ilə NATO arasında münaqişə perspektivindən narahat olub

DÜNYA
16:21 / 11.07.2024
299

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma ehtimalı narahatlıq doğurur. 

HİT.az bu barədə "Newsweek"ə istinadən xəbər verir.

"Münaqişə davamlı sülh gətirməyəcək. Ona görə də NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı şübhəsiz narahatlıq doğurur", deyə Ərdoğan hadisələrin bu cür inkişafına töhfə verə biləcək hər hansı addımdan çəkinməyə çağırıb.

Türkiyə prezidentinin sözlərinə görə, münaqişə diplomatik yollarla həll edilməlidir.

Ərdoğan bildirib ki, Türkiyə Ukraynadakı münaqişədə iştirak etmək niyyətində deyil. NATO təlimçiləri və qoşunlarının Ukraynaya gedə biləcəyi ilə bağlı müzakirələri şərh edən Türkiyə lideri "Biz bu müharibənin tərəfi olmayacağıq" deyib.

Türkiyə lideri vurğulayıb ki, bəzi Qərb ölkələrinin Rusiyaya münasibəti yalnız “odun üzərinə yağ tökdü” və Ukraynaya xeyirdən çox zərər gətirdi: "Bəzi Qərb müttəfiqlərinin Rusiyaya qarşı münasibəti atəşə yağ əlavə etdi. Bu, Ukraynaya xeyirdən çox zərər gətirdi".

O, həmçinin bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Ankara ŞƏT və BRICS ölkələri ilə qarşılıqlı fəaliyyətdə problem görmür.

Samir
 

0