NATO soyuq müharibənin yadigarıdır və düşərgə qarşıdurmasının məhsuludur.
HİT.az xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Lin Cyan bildirib.
Onun sözlərinə görə, uzun müddət NATO-nun baş katibi Yens Stoltenberq bəyanatlarında faktlara məhəl qoymayıb və Çinə hücum etmək üçün hər hansı səbəb axtarırdı.
"Yöndəmsiz çıxışlar dünya ictimaiyyətinin sayıqlığını oyatmağa, NATO-nun Soyuq müharibənin yadigarını, düşərgə qarşıdurması və blok siyasətinin məhsulu olduğunu tam sübuta yetirir, həmçinin alyansın qlobal sülh və sabitlik üçün hansı risk və çağırışlar olduğunu göstərir", deyə diplomat bildirib.
İyulun 11-də NATO-nun baş katibi bildirib ki, Çinin Rusiyaya dəstəyi alyans üçün təhlükəsizliyə təhdiddir. Buna görə də dayandırılmalıdır.
Həmin gün Çin NATO-nu başqalarını günahlandırmaq əvəzinə Ukrayna münaqişəsi zamanı öz hərəkətləri üzərində düşünməyə çağırıb. Bu barədə Çinin Avropa İttifaqındakı missiyasının bəyanatında deyilir.
Çin diplomatları NATO ölkələrinə beynəlxalq ictimaiyyətin ədalətli mühakimələrinə diqqətlə qulaq asmağı və Ukrayna münaqişəsində hərəkətləri haqqında dərindən düşünməyi tövsiyə ediblər.
Bundan əlavə, Çin NATO-nun diqqətini günahı başqalarının üzərinə atmaq əvəzinə vəziyyəti yumşaltmaq və problemi həll etmək üçün real addımlar atmağın zəruriliyinə yönəldib.
Samir