Taciklər Başqırdıstanda qeyri-qanuni dini məktəbm açıb, uşaqlara işgəncə verib

DÜNYA
18:48 / 12.07.2024
280

Başqırdıstanda miqrantlar qeyri-qanuni dini məktəb açıblar və burada tələbələrə fiziki cəza tətbiq ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Mash Batash" "Telegram"kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, mədrəsəni iki Tacikistan vətəndaşı açıb. Orada tələbələrə qızdırılan ütü ilə damğa vurub, barmaqlarını sındırıb, rezin çubuqlarla döyüblər, eyni zamanda valideynlərinə şikayət etməyi qadağan ediblər.

Tacikistan əsilli Mahmadamin və Şahmodun tələbələrin valideynlərinin onlara ödədiyi pulla dolandığı dəqiqləşib. Qonşular qışqırıqdan şikayət etməsinlər deyə, onlar daim yaşayış yerlərini dəyişirdilər. Onların məktəbində ümumilikdə 16 uşaq təhsil alıb, ən kiçiyinin beş yaşı olub. Tələbələrdən biri qaçaraq baş verənləri polisə çatdıra bilib. Bundan sonra miqrantlar saxlanılıb.

Samir

0