Almaniya Rusiya ilə mümkün müharibəyə fəal şəkildə hazırlaşır, çünki 2029-cu ilə qədər Rusiya Federasiyasının NATO ilə müharibəyə başlaması üçün optimal şəraitin yaradılacağına inanır.
HİT.az xəbər verir ki, "Bild" bu barədə Almaniya Silahlı Qüvvələrinin Baş Müfəttişi Karsten Breuerin bəyanatına istinadən yazıb.
Hərbi akademiyada gənc əsgərlər qarşısında çıxışı zamanı o, bildibi: "2029-cu ili gündəliyinizdə qeyd etməlisiniz! O vaxta qədər hələ çox iş görülməlidir və biz də hazır olmalıyıq"
Həmçinin, onun fikrincə, 5-8 ildən sonra Rusiyanın 1,5 milyona yaxın əsgəri olacaq. Bu, Vladimir Putinin Ukraynada yerləşdirdiyi qoşunların sayından təxminən iki dəfə çoxdur.
Eyni zamanda nəşr qeyd edib ki, hazırda Bundesverin tərkibində 181,5 min əsgər var və bu da nəzərdə tutulan 203 min əsgərdən 20 min nəfər azdır. Buna görə də Almaniya hakimiyyəti məcburi hərbi xidmətin bərpası imkanlarını nəzərdən keçirir.
Bundan əlavə, "Bild" iki ölkənin hərbi texnika ehtiyatlarını təhlil edib. Nəşrin məlumatına görə, Almaniyada 300-dən az döyüş tankı var, Rusiya Federasiyası isə hazırda ildə təxminən 1500 döyüş tank istehsal edir. Həmçinin, Alman ordusunda rekord dərəcədə aşağı sursat ehtiyatı var ki, bu da cəmi iki günə kifayətdir. Qeyd edilir ki, bu, NATO tələbinin pozulmasıdır, ona görə sursat ən azı 30 gün kifayət etməlidir.
"Hökumət artıq "Almaniya Əməliyyat Planı"nı ("OPLAN DEU") hazırlayıb - bu, mümkün hərbi münaqişə başlamazdan əvvəl Almaniyanın hərbi arxitekturasının necə qurulmalı olduğunu təsvir edən sənəddir. Almaniyanın əsas vəzifəsi NATO qüvvələrinə yanacaq, ərzaq və dərmanların yerləşdirilməsini və təchizatını təmin etməkdir", deyə "Bild" yazıb.
Samir