10 “Leopard 2” və xüsusi texnika: İspaniya Ukraynaya yardım paketini çatdırdı

DÜNYA
21:39 / 15.07.2024
180

İspaniya 10 Leopard 2A4 tankı, ekskavator və çoxlu sayda tank əleyhinə raketdən ibarət yeni yardım paketinin təhvil verildiyini elan edib.

Hit.az xəbər verir ki, bu barədə, ölkənin Müdafiə Nazirliyi bildirib.

“10 Leopard 2A4 döyüş tankının əsaslı təmir, sazlama və hazırlıq prosesi başa çatdıqdan və tam funksionallığı yoxlamaq üçün müvafiq sınaqlardan keçdikdən sonra Ukraynaya multimodal daşınmasına başlanılıb”, - məlumatda deyilir.

Məlumatda həmçinin əlavə edilib ki, bu həftə sonu Polşaya yeni yardım partiyası gələcək və bundan sonra onlar Ukrayna hərbçilərinə çatdırılacaq. Nazirlik onu da qeyd edib ki, İspaniya bu partiyanı nəzərə alaraq ümumilikdə 20 Leopard 2A4 tankını Ukraynaya çatdırıb və 2024-cü ilin ikinci yarısında daha bir partiyanı təhvil verməyi planlaşdırır.

Samir

0