Rusiya potensial çağırışçıların qaçmasının qarşısını almağa çalışır - Britaniya kəşfiyyatı

DÜNYA
20:18 / 16.07.2024
155

Rusiya potensial çağırışçıların ölkədən qaçmasının qarşısını almağa çalışır.

HİT.z xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilir ki, hazırda Rusiya hökuməti Müdafiə Nazirliyi ilə Federal Təhlükəsizlik Xidməti arasında informasiya mübadiləsi sistemini həyata keçirir.

2024-cü ilin payız çağırışına qədər tam işə salınmalı olan bu sistem potensial çağırışçılar haqqında məlumatların Rusiya Federasiyasının FSB-yə ötürülməsinə və onların Rusiya Federasiyası ərazisindən qaçmasının qarşısını almağa imkan verəcək.

Britaniya kəşfiyyatı xatırladır ki, Moskva hər il iki çağırış kampaniyası keçirir və hər il 250 mindən çox insanı öz ordusuna çağırır.

2022-ci ildə qismən səfərbərlik elan edildikdən sonra yüz minlərlə rusiyalının ölkəni tərk etməsi, onların əksəriyyətinin gənclər və ali təhsilli insanlar olması ölkənin əmək bazarına mənfi təsir göstərib.

"Belə bir sistemin tətbiqi yəqin ki, illik çağırış dövrü ərzində və yeni səfərbərlik dalğası elan olunduğu halda oxşar hadisənin qarşısını almaq üçün nəzərdə tutulub", deyə kəşfiyyat agentliyi hesab edir.

Samir
 

0