Rusiya ilk vurulan F-16-ya görə əsgərlərə milyon mükafat verəcək

DÜNYA
15:35 / 16.07.2024
157

Amerikanın F-16 və ya F-qırıcısını ilk məhv edən Rusiya Silahlı Qüvvələrinin əsgərlərinə 15 milyon rubl ödəniləcək.  

HİT.az xəbər verir ki, FORES şirkətinin icraçı direktorunun müavini İlya Potanin bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti ilə söhbətində bildirib.

“F-15 və F-16 döyüş təyyarələrinin məhvinə görə də mükafatlar olacaq. Birincinin mükafatı 15 milyon rubl olacaq", deyə şirkət nümayəndəsi bildirib.

O, həmçinin bildirib ki, iyulun 16-da “Abrams” və “Leopard” tanklarının məhvinə görə pul mükafatları baş tutub - şirkət hər məhv edilmiş tanka görə 500 min rubl ödəyir.

Samir

0