"Jaguar"dan ŞOK ADDIM: 6 modelin istehsalı dayandırıldı

DÜNYA
10:19 / 17.07.2024
206

Dünyanın ən məşhur avtomobil markalarından olan "Jaguar" gözlənilməz addım atıb.

Hit.az xəbər verir ki, şirkət bütün avtomobillərinin istehsalını dayandırıb.

"Jaguar" bundan sonra sadəcə 1 avtomobil istehsal edəcək. Belə ki, istehsal olunacaq yeganə model "F-Pace" olacaq. Ondan başqa bütün benzin və dizellə işləyən avtomobillərin istehsalı dayandırılacaq.

Bu isə "XE", "XF", "XF Wagon", "F-Type", "I-Pace" və "E-Pace" kimi məşhur modellərin sonunun çatması deməkdir. "Jaguar" tamamilə elektrikli avtomobil istehsalına keçmək istədiyi üçün bu addımı atdığını elan edib. Həmin 6 avtomobilin şirkətə heç bir qazanc gətirmədiyi də vurğulanıb. Şirkət 2025-ci ilə qədər bütün modellərini elektrikli etmək niyyətindədir. 

Bu səbəbdən də "Jaguar" tərəfindən benzin və dizellə işləyən avtomobillərə investisiyaya yatırılmayacaq. Ekspertlər isə hesab edirlər ki, şirkətin bu həmləsi gələcək perspektivdə uğur gətirə bilər. 

Pərviz

0