Trampa qarşı yenidən sui-qəsd ola bilər? - "Həyati təhlükəsi..."

DÜNYA
12:56 / 17.07.2024
363

"Donald Trampa qarşı təşkil edilmiş sui-qəsd cəhdi respublikaçıların rəqibi olan demokratlara ciddi zərbə vurdu".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, sözügedən sui-qəsd cəhdi Donald Trampı rəqibi Co Baydeni anketlərdə çox yüksək dərəcədə üstələməsinə gətirib çıxardı:

"Ən azından hazırkı proseslər bunu deyir. Təkcə Amerika xalqı Donald Trampın ətrafında birləşmədi. Eyni zamanda, dünya liderləri də ona dəstək nümayiş etdirən bəyanatlar səsləndirdilər. Heç şübhəsiz ki, bu da seçki də mütləq şəkildə öz təsirini göstərəcək".

354316

Ekspert qeyd edib ki, əslində Trampa qarşı sui-qəsd cəhdi dünyaya demokratiyadan, insan haqlarından, təhlükəsizlikdən və sabitlikdən "dərs keçməyə" cəhd göstərən ABŞ-nin daxilindəki vəziyyəti göstərdi:

"Bu, o deməkdir ki, ABŞ daxilində nəinki hər hansısa bir vətəndaşa, hətta prezidentliyə namizədin belə təhlükəsizliyinə təminat vermək imkanında deyil. Düşünürəm ki, Donald Trampa qarşı növbəti dəfə sui-qəsd cəhdi ola bilər. Bunu istisna etmək olmaz. Amma bunun Trampın həyatı üçün risk yaratmayacağını deyə bilərik. Çünki yayılan məlumatlara əsasən, onun təhlükəsizliyi çox yüksək səviyyədə artırılıb".

Xəyal Bəşirov vurğulayıb ki, Trampın təhlükəsizliyin artırılması da gözlənilən idi:

"Bu proses Donald Trampın və respublikaçıların reytinqin artmasına səbəb oldu. Bundan sonra isə onun təhlükəsizliyinin artırılması həm demokratların, həm də ABŞ-nin maraqlarına xidmət edəcək. Ona görə də bundan sonra Donald Trampa qarşı hər hansısa sui-qəsd cəhdinin olub-olmayacağından asılı olmayaraq, onun həyati üçün hər hansısa təhlükə daşımayacaq. Çünki Tramp hazırda çox yüksək səviyyədə qorunur". 

Pərviz

0