Pelosi və Bayden arasında telefon danışığı: Keçmiş spiker prezidentə nə deyib?

DÜNYA
10:20 / 18.07.2024
176

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi prezident Co Baydenə şəxsi telefon zəngi edib. Söhbət zamanı ona deyib ki, sorğulara görə, hazırkı prezident Donald Trampa qalib gələ bilməyəcək.

HİT.az xəbər verir ki, bu barədə CNN dörd məlumatlı mənbəyə istinadən yazıb.

Məlumata görə, Pelosi bu söhbət zamanı onu da bildirib ki, Bayden ikinci müddətə namizədliyini irəli sürməyə davam edərsə, noyabrda Nümayəndələr Palatasında demokratların qalib gəlmə şansını məhv edə bilər.

Bir mənbə bildirib ki, prezident bunu təkzib edərək, özünün qalib gələ biləcəyini göstərən sorğuları gördüyünü deyib. Bunu başqa mənbə də təsdiqləyib.

Bu arada Pelosi Baydenin uzun müddətdir müşaviri olan Mayk Donilondan sorğuları müzakirə etmək üçün onunla əlaqə saxlamağını xahiş edib.

Nəşrin məlumatına görə, bu telefon danışığı uğursuz debatdan sonra Pelosi ilə Bayden arasında ikinci söhbət olub. Həmsöhbətlərdən biri bildirib ki, söhbət son bir həftə ərzində baş verib.

Heç bir mənbə Pelosinin Baydenə 2024-cü il seçkilərindən imtina etməyi tövsiyə edib-etmədiyini açıqlamayıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İyunun sonunda Co Bayden və Donald Tramp arasında ilk debat baş tutub. The Wall Street Journal yazıb ki, amerikalıların hazırkı lideri debat zamanı uğursuzluqla üzləşib - o, rəqibdən daha az enerjili görünüb və kəkələyib.

Daha sonra mətbuata məlum olub ki, Demokratlar Partiyasının 160-dan çox nüfuzlu üzvü seçkidən çəkilmək üçün prezidentə müraciət edib. Bayden isə namizədliyini geri götürmək istəmir. O, qocaldığını etiraf etsə də, çox şeyə nail ola bildiyini deyib.

Samir

0