Moldovada vətəndaşların ölkədəki vəziyyətdən, xüsusən də sosial-iqtisadi vəziyyətdən narazılığı fonunda xalq etirazları daha da güclənəcək.
HİT.az "Sputnik Moldova"ya istinadən xəbər verir ki, bunu müxalif "Qələbə" blokundan olan deputat Marina Tauber deyib.
O, vurğulayıb ki, ölkə vətəndaşları sosial-iqtisadi vəziyyətin pisləşdiyi bir şəraitdə fəaliyyətsiz olan Moldova hakimiyyətinin siyasətindən təngə gəlib. Tauber əlavə edib ki, insanlar ölkədə mövcud hökumət tərəfindən aldadılıb.
"Ona görə də yəqin ki, etirazlar daha da güclənəcək, insanlar qəzəblənməkdə davam edəcək", deyə siyasətçi qeyd edib.
Bundan əvvəl Moldovanın eks-prezidenti və Sosialistlər Partiyasının lideri İqor Dodon respublikanın prezident seçkilərindən sonra ciddi etirazların ola biləcəyinə əmin olduğunu bildirib.
Samir