Bayden kampaniyası: "Prezident indi Trampı məğlub etməkdə daha qətiyyətlidir"

DÜNYA
13:50 / 19.07.2024
189

ABŞ prezidenti Co Bayden noyabr seçkilərində rəqibi Donald Trampı məğlub etmək üçün həmişəkindən daha qətiyyətlidir.

HİT.az xəbər verir ki, bunu "Hill" qəzeti Bayden kampaniyasının rəhbəri Cen O'Malley Dillona istinadən yazıb.

"Onun qətiyyəti heç vaxt bu qədər yüksək olmayıb. Seçim heç vaxt bu qədər aydın olmamışdı... Prezident Bayden Donald Trampa qalib gəlməkdə həmişəkindən daha qətiyyətlidir", deyə kampaniya rəhbəri bildirib.

Dillon deyib ki, "Bayden demokratiyanı sarsıtmaq deyil, qoruduğu Amerika üçün" namizədliyini irəli sürür.

Bundan əvvəl bildirilirdi ki, ABŞ-da Demokratlar Partiyası prezident seçkilərində Co Baydenin namizədliyi ilə bağlı onlayn səsverməni avqustun əvvəlinə keçirmək qərarına gəlib.

Samir

0