"Macarıstan missiyasının Ukraynadakı vəziyyəti həll etmək üçün atacağı addımlar açıqlanmır, çünki xarici qüvvələr bu prosesə müdaxilə edə bilər".
HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosuna deyib.
"Sülhməramlı missiyanın çoxlu əleyhdarları meydana çıxıb. Növbəti addımın nədən ibarət olacağı əvvəlcədən məlum olsa, çoxları əmin olacaq ki, bu, həyata keçirilə bilməz", deyə o qeyd edib.
Orbanın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Slovakiyanın baş naziri Robert Fikonun həyatına son sui-qəsd cəhdləri əslində “sülh partiyasını” müdafiə edən hər kəsə qarşı yönəlib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijyarto bildirib ki, Macarıstan Ukraynadakı münaqişənin hərbi yolla həlli imkanlarını görmür və tezliklə sülh danışıqlarının aparılmasında israrlıdır.
Qeyd edək ki, Macarıstanın baş naziri Avropa İttifaqı Şurasına başçılıq etməyə başladıqdan sonra Kiyev və Moskvaya səfər edərək Volodimir Zelenski və Vladimir Putinlə görüşüb. Daha sonra Çinə səfər edərək, Si Szinpinlə danışıqlar aparıb. Onun bu səfərləri Avropa və ABŞ-da sərt tənqid olunub. Orban özü bunu "sülh missiyası" adlandırıb.
Samir