Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun dövlət başçısı olduğu müddətdə Rusiya və digər ölkələr ondan qorxduqları üçün münaqişələrə başlamayıblar.
HİT.az xəbər verir ki, Trampın sözlərinə görə, 2017-ci ildən 2021-ci ilə qədər prezidentliyindən sonra Demokratlar Partiyası "dünyanı miras alıb" və indi "ətrafımızdakı dünya partlayır".
"Prezident Corc Buş dövründə Rusiya Gürcüstanı işğal etdi, prezident Barak Obama dövründə Rusiya Krımı ələ keçirdi. İndiki administrasiyada Rusiya bütün Ukraynanı özü üçün mənimsəmək istəyir. Trampın dövründə Rusiya heç nə ələ keçirməyib. Bizim opponentlərimiz (demokratlar-red.) dünyanı miras aldılar və müharibənin hökm sürdüyü dünyaya çevirdilər. Sadəcə Ukraynada baş verənlərə baxın. Şəhərlər tamamilə dağıdılıb, binalar dağıdılıb", deyə Tramp bildirib.
Onun sözlərinə görə, özü bir çox dünya siyasətçiləri ilə dialoq qurmağı bilirdi:
"Mən lovğalanmıram, amma Viktor Orban (Macarıstanın baş naziri-red.) mənim haqqımda dedi: Rusiya ondan qorxurdu, Çin ondan qorxurdu, hamı ondan qorxurdu. Heç bir şey ola bilməzdi və bütün dünyada sülh hökm sürdü".
Samir