Ukrayna bir həftədə 6 kənd və 40 kvadrat kilometrdən çox ərazini itirib

22:34 / 22.07.2024
167

Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri 6 kənd və 40 kvadrat kilometrdən çox ərazini itirib. 

HİT.az xəbər verir ki, bu barədə hərbi müşahidəçi, "Bild"in analitiki Culian Repke X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Kiyevin itkilərin nisbətini necə azalda biləcəyi ilə bağlı hər hansı bir fikri varmı?", deyə analitik sual edib.

İyulun 22-də Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun bir gündə 1970 əsgər itirdiyini bildirib.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti Larri Conson Ukraynanın münaqişə səbəbindən gələcəkdə Qara dənizə çıxışını itirəcəyini və əhalisinin əhəmiyyətli hissəsini itirəcəyini ehtimal edib. O, hesab edir ki, Ukraynanın Qara dənizlə əlaqəsi kəsiləcək, respublikanın əhalisi isə 20 milyondan aşağı olacaq. 

Conson müharibə başa çatdıqdan sonra Odessanın Rusiyanın nəzarətində olacağı fikrini də ifadə edib.

Samir


 

0