Yaxın vaxtlarda biləcəksiniz – Ərdoğandan kritik açıqlama

DÜNYA
12:19 / 28.05.2020
1689

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Yaxın Şərqdəki hərbi fəaliyyətlərinə dair açıqlama verib.

Dövlət başçısı çıxışında Türkiyənin Aralıq dənizindəki karbohidrogen axtarışlarına da toxunub.

Türkiyəni bölgədəki fəaliyyətlərinə görə ittiham edənlərə Ərdoğanın cavabı belə olub: “Bizə “Suriyada, Liviyada, İdlibdə nə işiniz var” deyirlər. Buralarda nə işimizin olduğunu çox qısa zamanda çox-çox yaxşı biləcəksiniz”.

Türkiyə prezidenti Aralıq dənizindəki karbohidrogen axtarışlarının Qara dənizdə də aparılacağını açıqlayıb: “Bu müjdəni xalqımıza vermək istəyirəm. “Fatih” qazma gəmisi mayın 29-da İstanbul boğazından keçərək, yeni axtarışlar üçün Qara dənizə açılacaq”.

0
Teleqraf.com