Baş nazirliyə namizəd: "Ruslar və estonlar səsvermə hüququndan məhrum edilsin"

20:57 / 22.07.2024
162

Estoniyanın baş nazirliyinə namizəd Kristen Mixal rusların və belarusların Estoniya seçkilərində səsvermə hüququndan məhrum edilməsinin tərəfdarı olduğunu bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "Postimees" məlumat yayıb.

O, hökumətdəki sosial demokratların bu qərara mane olduğunu vurğulayıb.

"Hökumətdə sosial demokratlar qalmayan kimi, səsvermə hüququ məsələsi həll edilə bilər", deyə Mixal bildirib.

Bundan bir qədər əvvəl Estoniya Maliyyə Nazirliyi hökumətin qətnaməsinə Rusiya ilə sərhəddə əlavə məhdudiyyətlər tətbiq edən düzəlişləri müzakirəyə təqdim edib.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya çayda gəmiçilik marşrutlarını qeyd edən şamandıraların yerləşməsi ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Narva çayının dibinin birgə ölçülməsini təklif etmişdi.

Samir

0