Kamala Harris namizədlik üçün doğru seçimdir? - RƏY

DÜNYA
13:44 / 23.07.2024
375

ABŞ-də payızda keçiriləcək prezident seçkilərində rəqabət Donald Tramp ilə Kamala Harris arasında keçə bilər. 

Hazırkı Prezident Co Baydenin namizədlikdən geri çəkilməsindən sonra vəziyyət tamamilə dəyişdi. O, Kamala Harrisin namizədliyini irəli sürdü. Harris isə öz növbəsində buna hazır olduğunu bəyan etdi. İndi isə Demokratlar Partiyası tərəfindən rəsmi şəkildə Kamala Harrisin prezidentliyə namizədliyinin irəli sürülməsi gözlənilir. 

Bəs Kamala Harris doğru seçimdir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Kamala Harris doğru seçim deyil:

354673

"O, Co Baydenin yürütdüyü siyasətin davamçısı olaraq ortaya çıxmış bir şəxsdir. Hərçənd ki, insanlar məhz bu siyasətin əleyhinə olaraq Donald Trampı dəstəkləyirlər. Xüsusən də sui-qəsd cəhdindən sonra Trampın reytinqinin hansı səviyyəyə qalxdığını gördük. Ona görə də düşünürəm ki, hazırda demokratların ən reytinqli üzvü olan Barak Obama belə namizəd olsa, Donald Tramp qarşısında qələbə qazanmaq şansı olmayacaq".

O qeyd edib ki, Demokratlar Partiyası Kamala Harrisin namizədliyini verməyə məcbur qaldı:

"Sadəcə olaraq seçki kampaniyasına çox az müddət qaldığına görə Demokratlar Partiyası bu gün çıxılmaz vəziyyətə düşərək Kamala Harrisin namizədliyini irəli sürə bilər. Bu isə sırf məcburiyyətindən atılmış addım olacaq. Amma kimin namizəd olmasından asılı olmayaraq mövcud şəraitdə demokratların prezident seçkilərində qələbə qazanması qeyri-mümkün görünür".

Pərviz

0