Rusiyanın Çinə enerji tədarükü rekord həddə çatıb.
HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Neft-qaz, kömür və elektrik enerjisi sahələrində ikitərəfli əməkdaşlıq sistemli şəkildə genişlənir. Rusiya enerji resurslarının Çinə tədarükü rekord həddə çatır. Ölkələrimizin mütəxəssisləri xammalın hasilatı, emalı və daşınması texnologiyalarını təkmilləşdirmək, onların ekoloji təhlükəsizliyini artırmaq üçün birgə işləyirlər”, deyə Putin bildirib.
Rusiya lideri ayrı-ayrılıqda iki ölkənin iş adamları arasında birbaşa və konstruktiv dialoqu təmin edən Rusiya-Çin enerji biznes forumunu yüksək qiymətləndirib.
Bundan əvvəl Hindistanın neft emalı zavodlarının Rusiya ilə uzunmüddətli neft idxalı müqaviləsi bağlamaq istədiyi məlum olub. Tərəflər hələlik yekun idxal şərtləri barədə razılığa gəlməyiblər. Əsas məsələlərdən biri hesablaşmalar üçün valyuta seçimi ilə bağlıdır.
Samir