Qanunları pozan miqrantların Rusiyadan çıxarılmasını təklif edildi

DÜNYA
19:00 / 23.07.2024
180

"Rusiya qanunlarını pozan xarici vətəndaşlar ölkədən çıxarılmalıdır". 

HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Biz qanunlarımızı pozanları ölkədən çıxarmalıyıq. Dil bilməyənləri, adət-ənənələrə hörmət etməyənləri, mədəniyyətə hörmət etməyənləri içəri buraxmamalıyıq”, deyə Volodin bildirib.

Həmçinin bildirilib ki, Dövlət Duması sənədləri vaxtı keçmiş miqrantların evlərinə göndərilməsinə icazə verilməsini təklif edir.

Bildirilir ki, müvafiq dəyişiklik qanunda əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin dövlət sərhədindən keçirilməməsi hallarını əks etdirməlidir.

Bu yaxınlarda Dövlət Dumasının deputatı Mixail Matveev Rusiyada məscid tikintisinə qarşı çıxış edib. Millət vəkili xarici vətəndaşların yaşadığı yerlərdə mədəni və dini infrastrukturun formalaşdırılmasından imtina etməyi təklif edib.

Samir
 

0