İranın keçmiş prezidenti Mahmud Əhmədenejata sui-qəsd cəhdi olub

DÜNYA
16:29 / 24.07.2024
177

İranın keçmiş prezident Mahmud Əhmədenejata qarşı sui-qəsd cəhdi baş tutmayıb.

Məlumatı “Iran International” yayıb.

Bildirilib ki, hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenejat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.

Məlumata görə, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejata başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədenejat olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.

Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Peugeot” avtomobili ilə toqquşub. Onun bir sərnişini yaralanıb.//Report.az

0