Braziliyalı alimlər əvvəllər Rio-de-Janeyro çimərliyi yaxınlığında balıq torlarına tutulmuş 13 iti burunlu köpək balığının cəsədlərində narkotik maddələrin olub-olmadığını yoxlayıblar. Bütün yırtıcılarda müvafiq test müsbət nəticə göstərib.
HİT.az xəbər verir ki, "Science of the Total Environment” jurnalında dərc olunan araşdırmada köpək balıqlarında narkotik maddələrin konsentrasiyasının digər dəniz heyvanlarına nisbətən 100 dəfə yüksək olduğu deyilir". Bu barədə The Guardian” yazır.
Alimlər deyirlər ki, onların məqsədi qeyri-qanuni narkotik istifadəsinin heyvanlara, xüsusən də suda yaşayanlara necə zərər verdiyini nümayiş etdirməkdir.
Bu yaxınlarda alimlər artıq aşkar ediblər ki, Braziliyanın San-Paulu əyalətində tapılan qəhvəyi midye, istridyə və ilan balıqlarında da yüksək miqdarda kokain qalıqları "ağır toksikoloji təsirlər" yaradır.
Kokainin köpək balıqlarının bədəninə necə daxil olduğu sirr olaraq qalır. Bununla belə, bir neçə fərziyyə var.
Birinci versiya ondan ibarətdir ki, Braziliya Avropaya dəniz konteynerlərində göndərilən dərmanların əsas ixracatçısıdır.
Həmçinin, kokain kanalizasiya kanalları vasitəsilə dənizə və yalnız bundan sonra köpək balıqlarının bədəninə daxil ola bilərdi.
"Kokainin ətraf mühitdə yarımxaricolma dövrü aşağıdır. Ona görə də onu belə bir heyvanda tapmağımız o deməkdir ki, bir çox dərmanlar biotaya (eyni ərazidə yaşayan bitki, heyvan, göbələk və bakteriyalar toplusu - red.) daxil olur.
Digər araşdırmalar çərçivəsində mən artıq Rio yaxınlığında dənizə axan çaylarda kokain tapmışam. Amma onu köpək balıqlarında belə yüksək səviyyədə tapmaq sürpriz oldu”, - Osvaldo Kruz İnstitutunun (Braziliya) tədqiqatçısı Enriko Mendez Saqqioro bildirib.
Alimlər həmçinin iti burunlu köpəkbalığının braziliyalıların pəhrizinin bir hissəsi olduğuna görə həyəcan təbili çalırlar - bu, kokain qalıqlarının balıqdan insanlara keçə bilməsi riskini artırır.
"Biz bu amilin insanlara nə qədər təsir edə biləcəyini bilmirik və bu, gələcək tədqiqatların mövzusu olmalıdır. Amma hər halda, bu, xəbərdarlıq kimidir", - Enriko Mendez Saqqoro bildirib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il 3 milyondan çox insan alkoqol və narkotik maddələrdən istifadə ilə bağlı problemlər səbəbindən dünyasını dəyişir.
Samir