"Ukraynada 1991-ci il sərhədlərinə qayıtmaq istəyi zəifləyir".
HİT.az xəbər verir ki, bunu "Newsweek"ə analitik və Ukrayna Silahlı Qüvvələrinin keçmiş əsgəri Viktor Kovalenko deyib.
O, bunun səbəbini "aşınma və ağır itkilər"lə əlaqələndirib.
Ekspert qeyd edib ki, Ukrayna ordusu müdafiə mövqeyi tutur və əks-hücum üçün potensiala malik deyil. O, hesab edir ki, 1991-ci il sərhədlərinə qayıdış tərəfdarlarının sayının azalması Ukrayna prezidenti Volodimir Zelenskiyə soydaşlarının ciddi narazılığından qorxmadan münaqişəyə son qoymaq üçün daha çox diplomatik azadlıq verir.
Analitikin fikrincə, Ukrayna lideri Rusiyayönlü Donbassdan qurtulmaq üçün münaqişədən istifadə etməyi düşünə bilər. O əlavə edib ki, Ukrayna cəmiyyətinin əhəmiyyətli bir hissəsi sənayeləşmiş regionun maliyyə yükü və Ukraynanın Avropa İttifaqı və Şimali Atlantika Alyansına gedən yoluna maneə olması ilə geniş şəkildə razılaşır.
Bundan əvvəl Zelenski Ukraynanın qələbəsi üçün meyarların 1991-ci il sərhədləri və ölkənin NATO və Aİ-yə daxil olması olduğunu bildirib.
Samir