Milyarder Baydenin seçkidən könüllü çəkilmədiyini dedi, İlon Mask təsdiqlədi

DÜNYA
19:20 / 24.07.2024
188

Sahibkar İlon Mask X sosial şəbəkəsində milyarder Devid Saksın ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsinin könüllü olmadığı fikri ilə razılaşıb.

HİT.az xəbər verir ki, İlon Mask bu barədə Devid Saksın fikirlərinə münasibət bildirərkən danışıb.

"Demokratik təbliğatçılar üç ildən artıqdır ki, saxta çevrilişdən danışırlar və indi əsl çevriliş olduğunu ümidsizcəsinə inkar edirlər", deyə Devid Saks yazıb.

Onun sözlərinə görə, Baydenin seçkilərdə iştirakdan imtinası könüllü deyil, bu, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin vurduğu siyasi zərbədir.

"Bu, bir inqilabdır", deyə milyarder bildirib.

Öz növbəsində, İlon Mask onun fikirlərini şərh edərək Devid Saksla tam razılaşdığını bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparır. İyulun 13-də Tramp Pensilvaniyada seçkiqabağı mitinq zamanı həyatına qəsddən sağ çıxıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Samir
 

0