"Olaf Şolts Almaniyanın maraqlarını ABŞ-a təslim etdi".
HİT.az xəbər verir ki, bunu RT-yə müsahibəsində MDB Ölkələri İnstitutunun baş elmi işçisi Aleksandr Dudçak Almaniya kanslerinin ikinci müddətə yenidən seçilmək planlarını şərh edərkən deyib.
O, Almaniya iqtisadiyyatına ciddi ziyan vuran "Şimal axını"nı və anti-Rusiya sanksiyalarını xatırladıb.
"Əgər bu vəziyyət almanların xoşuna gəlsə, siyasi texnologiyalar onu bu yerdə saxlaya bilsə, biz Almaniyanın deqradasiyasını seyr edəcəyik. Əgər o, bütün əvvəlkilər arasında ən pis kanslerdirsə, bu o demək deyil ki, ona Almaniya seçkilərində qələbə verilməyəcək. İndiki dünyada hər şey mümkündür", deyə Dudçak bildirib.
O əlavə edib ki, hər şey hazırkı kanslerin rəqiblərinin şəxsiyyətindən asılı olacaq.
İyulun 24-də Olaf Şolts keçirdiyi mətbuat konfransında 2025-ci ildə Almaniya kansleri postuna yenidən namizədliyini irəli sürəcəyini bildirib. O, təmsil etdiyi Almaniya Sosial Demokrat Partiyasının (SPD) "sıx birləşdiyini" qeyd edib. Onun sözlərinə görə, Sosial Demokratlar 2025-ci il federal seçkilərində qalib gəlmək niyyətindədirlər.
İyun ayında Almaniyada Avropa Parlamentinə seçkilər üçün səslər hesablanıb və nəticəyə görə, müxalifət bloku CDU/CSU qalib gəlib, Almaniya üçün Alternativ ikinci yeri tutub, Olaf Şoltsun SPD partiyası isə tarixdə ən pis nəticə göstərib.
Samir