NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, general Kristofer Kavoli Rusiyanın Ukraynada qələbəsini gözləyir.
HİT.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsində yazıb.
“O, mahiyyətcə etiraf edir ki, Rusiya hərbçiləri Ukraynada qalib gələcək və nəticədə NATO ölkələri ilə sərhədə çatacaq", deyə jurnalist bildirib.
Bir gün əvvəl britaniyalı ekspert Alexander Merkuris demişdi ki, NATO Rusiyanın Ukraynaya sarsıdıcı məğlubiyyət verə biləcəyindən xəbərdardır. O, Kristofer Kavolinin Ukrayna münaqişəsinin uzadılmasının zərərli olması ilə bağlı son bəyanatını xatırladıb. Merkuris vurğulayıb ki, general Kavoli bunu digər insanlardan daha çox başa düşür, çünki o, hərbçidir, NATO komandiridir.
Aprel ayında Kavoli Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində Rusiyanın “sülh üçün xroniki təhlükə” olduğunu söylədi. Bundan əlavə, onun sözlərinə görə, Moskvanın Çin, İran və KXDR ilə əməkdaşlığı narahatlıq doğurur. O hesab edir ki, hadisələrin bu cür inkişafı ABŞ-ın milli maraqlarına ziddir.
Samir