Macarıstan Aİ-nin Orbanın hərəkətlərinə reaksiyasından narazıdır

DÜNYA
21:18 / 24.07.2024
207

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ölkənin baş naziri Viktor Orbanın Moskvaya səfərinə Avropa İttifaqının (Aİ) reaksiyasından narazılığını bildirib. 

HİT.az xəbər verir ki, o, bu barədə ATV portalına müsahibəsində bildirib.

“Onları, yəqin ki, bütün avropalılara son iki il yarımdakı strategiyanın uğursuzluğa düçar olduğu aydın olması sövq edir. Onlar açıq-aydın qorxurlar ki, buna görə məsuliyyət daşımalı olacaqlar”, deyə diplomat bildirib.

O, həmçinin əlavə edib ki, özünü Avropa İttifaqından üç saata yaxın dinləməli olduğu isterik bəyanatların ortasında tapıb.

İyulun 5-də Kiyevə səfərindən sonra Orban Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Digər mövzularla yanaşı, onlar Ukraynadakı münaqişənin həlli yollarını müzakirə ediblər.

İyulun 8-də Macarıstanın baş naziri Pekinə səfər edib və burada bildirib ki, Budapeşt Aİ ilə Çin arasında əməkdaşlığa tərəfdardır. Çindən sonra NATO sammiti üçün Vaşinqtona yollanan Orban daha sonra ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşb.

Avropa İttifaqında Orbanın "sülh missiyası" bir çox siyasətçi tərəfindən sərt tənqidlə qarşılanıb.

Samir

0