İran Almaniyada İslam mərkəzlərinin bağlanmasından narazıdır

DÜNYA
17:10 / 24.07.2024
224

Almaniyada İslam mərkəzlərinin bağlanması ilə əlaqədar səfir Hans-Udo Müseli İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

HİT.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

“Almaniya polisinin bir sıra İslam mərkəzlərinin bağlanması istiqamətində gördüyü tədbirlər fonunda Almaniyanın səfiri Hans-Udo Müsel bu gün Qərbi Avropa Departamentinin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb", deyə İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir. 

Bundan əvvəl Moskvanın Tehrandakı səfiri Aleksey Dedov bildirib ki, Qərb ölkələri münasibətləri normallaşdırmaq üçün İranla dialoqa hazır deyillər.

Mayın sonunda Fransa, Böyük Britaniya və Almaniya MAQATE üçün İranın nüvə proqramına nəzarətin gücləndirilməsini tələb edən qətnamə layihəsi hazırlayıblar. Sənəd agentliyin baş direktoru Rafael Qrossidən Tehranın nüvə sahəsində fəaliyyəti ilə bağlı əvvəllər verilmiş hesabatlarla müqayisədə daha müfəssəl hesabatın tələb edilməsinin mümkünlüyünü təklif edir.

Samir
 

0