Almaniya kansleri Olaf Şolts parlamentarilərin suallarını cavablandırarkən deyib ki, alman ordusunu nüvə silahı ilə təchiz etməyə ehtiyac yoxdur.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Məbə deyir ki, Şolts belə bir fikri absurd hesab edir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanı tərksilah müqavilələrinə əməl etməməkdə ittiham edərək, bununla bağlı Almaniyanın nüvə başlıqlarına malik Amerika qanadlı raketləri şəklində əlavə çəkindirici vasitələrə ehtiyacı olduğunu bildirib.
İyulun 21-də Berbok "Westdeutsche Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib ki, Amerika raketlərinin ölkədə yerləşdirilməsindən imtina etmək sadəlövhlük olar. Onun sözlərinə görə, bu, Almaniyanı və Baltikyanı ölkələrini Rusiyanın “arsenalını daim artırması” fonunda qorumaq üçün lazımdır.
Almaniya kansleri artıq bəyan edib ki, heç bir ölkə hətta nüvə silahından istifadə etməklə hədələyə bilməz.
Samir