Litva tezliklə Rusiya ilə sərhədini möhkəmləndirmək üçün Avropa İttifaqından 150 milyon avro alacaq.
HİT.az "Sputnik.Litva"ya istinadən xəbər verir ki, bunu Litva daxili işlər naziri Aqne Bilotaite deyib.
"Bu yaxınlarda Daxili İşlər Nazirləri Şurasının iclası oldu və çox aydın mesaj var idi ki, biz Avropadan maliyyə alacağıq. İndi 150 milyon avro gözləyirik. Bu pulla şərq sərhədlərinin infrastrukturunun gücləndirilməsi planlaşdırılır", deyə o vurğulayıb.
Onun sözlərinə görə, Vilnüs Rusiya Federasiyasından heç bir miqrasiya axını müşahidə etmir, amma başa düşür ki, onu gücləndirmək lazımdır.
Litva Sərhəd Xidmətinə Rusiya Federasiyası ilə sərhədin möhkəmləndirilməsi üçün fəaliyyət planı hazırlamaq və prioritetləri formalaşdırmaq tapşırılıb.
Bundan əvvəl Litva sərhəd xidmətinin Rusiya ilə sərhəd zonasına daxil olmaq və bu zonada qalmaq prosedurunu sərtləşdirməyə hazırlaşdığı bildirilirdi.
Samir