Şolts: "Almaniya münaqişənin Rusiya-NATO müharibəsinə çevrilməməsinə çalışır"

20:15 / 25.07.2024
260

"Ukrayna məsələsində Almaniya Rusiya ilə NATO arasında münasibətlərin kəskinləşməsinə töhfə verməyən qərarlar qəbul edir". 

HİT.az xəbər verir ki, bunu Feniks kanalı tərəfindən yayımlanan ənənəvi yay mətbuat konfransında Almaniya kansleri Olaf Şolts deyib.

"Bizim bütün qərarlarımız elə ölçülür və qəbul edilir ki, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə Rusiya ilə NATO arasında müharibəyə çevrilməsin", deyə Olaf Şolts bildirib.

Almaniya kansleri həmçinin vurğulayıb ki, Berlin Ukraynanı dəstəkləməyə davam edəcək. Lakin eyni zamanda o, Rusiyanın Ukrayna ilə bağlı növbəti konfransda iştirakının mümkünlüyünü də istisna etmir.

İyulun 24-də Olaf Şolts Almaniya hakimiyyətinin Bundesver ordusunu Ukraynaya göndərməyəcəyini bildirib. 

Mayın 24-də Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Avropa Rusiya ilə müharibəyə hazırlaşır. 

May ayında NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Kiyev alyansdan münaqişə zonasına qoşun yeritməyi xahiş etməyib. O vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukraynaya qoşun yeritməyi planlaşdırmır. Elə həmin ay Polşanın baş naziri Donald Tusk NATO qoşunlarının Ukrayna ərazisində olduğunu etiraf edib.

Samir

0