Çin ABŞ və NATO-nu Ukrayna münaqişəsini qızışdırmaqda ittiham etdi

19:14 / 25.07.2024
270

"NATO ölkələri Kiyevə silah verməklə Ukraynadakı münaqişəni uzadır, bu, onlara hərbi sənaye komplekslərini zənginləşdirməyə imkan verir". 

HİT.az xəbər verir ki, bunu brifinq zamanı Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq alyans sammitinin kommünikesini şərh edərkən bildirib.

Çjan Syaoqanq Pekinin Ukrayna məsələsində "obyektiv və ədalətli mövqe" tutduğunu vurğulayıb.

"Biz sülh danışıqlarını fəal şəkildə dəstəkləyirik, bu, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb. Əksinə, ABŞ başda olmaqla NATO ölkələri atəşə yağ tökür və müharibədən böyük sərvət qazanmaq fürsətindən istifadə edirlər", deyə Çjan Syaoqanq bildirib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqına üzv ölkələrin bəzi liderləri Ukraynadakı münaqişədən faydalanır.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vanq Venbin hələ 2023-cü ildə ABŞ-ın Ukraynaya silah verməklə pul qazandığını, eyni zamanda özünü daim “sülhün müdafiəçisi” adlandırdığını bildirib.

Samir
 

0