Çin Müdafiə Nazirliyi ABŞ-ı "yalanlar imperiyası" adlandırdı

17:38 / 25.07.2024
222

"ABŞ öz şəxsi maraqları üçün dezinformasiyadan istifadə etdiyi üçün yalanlar imperiyasına çevrilib". 

HİT.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.

"Vaşinqton öz eqoist maraqları naminə istənilən yalanı ortaya qoyur. Birləşmiş Ştatlar çoxdan əsl yalanlar imperiyasına çevrilib", deyə nümayəndə qeyd edib.

Çjan Syaoqanq əlavə edib ki, Vaşinqton təkcə hərbi sahədə deyil, müxtəlif aldadıcı hərəkətlər edir. Onun sözlərinə görə, yalanlar əslində onların sümük iliyinə nüfuz edib və bu, Amerikanın xarici siyasətinə təsir edir.

Nümayəndə həmçinin vurğulayıb ki, insanları bir müddət aldatmaq olar, amma əbədi deyil. Çjan Syaoqanq ABŞ tərəfini səhvlərini dərhal düzəltməyə və dezinformasiya yaymağı dayandırmağa və başqa ölkələri günahlandırmağa çağırıb.

Çin Müdafiə Nazirliyinin sözçüsü açıqlamasında Soyuq müharibə dövründə təbliğat məqsədilə medianın rüşvətxorluq və manipulyasiyasını nəzərdə tutan "Bülbül quşu" əməliyyatını, həmçinin bir şüşə ağ toz və "Ağ dəbilqəlilər"in səhnələşdirilmiş videosunu xatırladıb.

Çjan Syaoqanq çıxışında həmçinin qeyd edib ki, NATO ölkələri Kiyevə silah verməklə Ukraynadakı münaqişəni uzadır, bu, onlara hərbi-sənaye komplekslərini zənginləşdirməyə imkan verir.

Samir
 

0